“Hər kəs əməllərinə görə cavab verəcək” - Netanyahudan XƏBƏRDARLIQ

 15:23 07.05.2026     187

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsini təhdid edən şəxslərə sərt xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, Netanyahu bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, İsrailə qarşı fəaliyyət göstərən heç bir şəxsin toxunulmazlığı yoxdur və hər kəs əməllərinə görə cavab verəcək.

“İsrail dövlətini təhdid edən hər kəsin qanı öz başınadır”, – deyə Baş nazir vurğulayıb.

Netanyahu əlavə edib ki, İsrail öz təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atmaqda davam edəcək.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən