Pekin və Vaşinqtondan diqqətçəkən mesaj: “Gərginlik deyil, sabitlik istəyirik”
Çin xarici işlər naziri Vanq Yi ABŞ ilə münasibətlərdə sabitliyin qorunduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Vanq Yi ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşü zamanı danışıb.
O qeyd edib ki, son bir ildə ABŞ-Çin münasibətlərində bir sıra çətinliklər və qeyri-sabitlik müşahidə olunsa da, tərəflər ümumilikdə sabit əlaqələri qoruyub saxlaya biliblər.
Vanq Yi Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Trampa “həlledici məqamlarda ikitərəfli münasibətlərin istiqamətini müəyyənləşdirməyə kömək etdiklərinə” görə təşəkkür edib.
ABŞ Konqres nümayəndə heyəti də münasibətlərdə gərginliyin azaldılması və qarşılıqlı hörmətin gücləndirilməsi niyyətində olduqlarını bildirib.
Respublikaçı senator Stiv Deyns vurğulayıb ki, Vaşinqton və Pekin qarşıdurma deyil, sabitlik və əməkdaşlıq istəyir.
Məlumata görə, Vanq Yi ABŞ Prezidenti Donald Trampın gözlənilən Çin səfəri ərəfəsində Konqres nümayəndələri ilə görüş keçirib. Trampın mayın 14-15-də Pekinə səfər edəcəyi bildirilir.
Aminə ŞAHSUVARQIZI













