Kreml Rusiya MN-in 9 May paradı ilə bağlı Kiyevə xəbərdarlığına ciddi yanaşmağa ÇAĞIRDI
Moskva 9 mayla bağlı Ukraynadan mümkün hücum ehtimalı barədə xəbərdarlıqlara ciddi yanaşılmasını istəyib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov danışıb.
O bildirib ki, Rusiya Müdafiə Nazirliyinin Ukraynanın 9 mayda mümkün hərbi addımları ilə bağlı xəbərdarlıqları nəzərə alınmalıdır.
Uşakov qeyd edib ki, belə bir risk yaranacağı təqdirdə, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün Kiyevdən təxliyə tədbirləri həyata keçirilməlidir.
Məlumata görə, Rusiya Müdafiə Nazirliyi 9 May paradının pozulmasına yönələn istənilən cəhdin cavabsız qalmayacağını və Kiyevə zərbələr endirilə biləcəyini açıqlayıb.
Bildirilib ki, Ukrayna paytaxtında yaşayan mülki şəxslərə və xarici diplomatik nümayəndəlik əməkdaşlarına şəhəri tərk etmək tövsiyə olunub.













