Abbas Əraqçidən BMT-yə məktub: Gəmiçilik üçün üçtərəfli tələb

 22:42 07.05.2026     280

İranın xarici işlər naziri Abbas Əaqçi regional gərginliklə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasına sədrlik edən Çinin xarici işlər naziri Van İ-yə rəsmi məktublar ünvanlayıb.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, məktublarda Hörmüz boğazında normal gəmiçilik fəaliyyətinin bərpası üçün Tehranın əsas şərtləri öz əksini tapıb.

İranlı diplomat bildirib ki, strateji əhəmiyyətli Hürmüz boğazında gəmilərin hərəkəti yalnız müharibənin tam dayandırılmasından, ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının qaldırılmasından və ölkəsinə qarşı "qanunsuz sanksiyaların" ləğvindən sonra adi rejimə qayıda bilər.

Bu sənədlər ABŞ-nin BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi yeni qətnamə layihəsinə cavab olaraq hazırlanıb. Xatırladaq ki, rəsmi Vaşinqton həmin layihədə İrandan gəmilərə hücumları dayandırmağı, boğazı minalardan təmizləməyi və keçid üçün rüsum yığımını dayandırmağı tələb edir.

Xədicə BAXIŞLI

 

Vumart və Güvən reklamı Vumart Güvən