ABŞ məhkəməsi Trampın 10% tarifini qanunsuz elan ETDİ

 09:21 08.05.2026     231

ABŞ Federal Ticarət Məhkəməsi Prezident Donald Trump administrasiyasının xarici idxala tətbiq etdiyi 10 faizlik gömrük rüsumunu qanunsuz hesab edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, məhkəməyə kollektiv iddia ilə kiçik biznes nümayəndələri və ABŞ-nin 20 ştatı müraciət edib. Məhkəmə iddianı qismən təmin edərək Vaşinqton ştatı və iki iddiaçı şirkətə münasibətdə rüsumların tətbiqini dayandırıb. Bununla belə, ümumi qadağa qərarı qəbul olunmayıb. Bildirilib ki, digər ştatlar birbaşa idxalçı hesab olunmadığı üçün qərar onlara şamil edilməyib.

Donald Tramp qərarı şərh edərkən hakimləri “radikal solçular” adlandırıb. O, məhkəmənin qərarının onun üçün gözlənilməz olmadığını da qeyd edib.

Kiçik biznes koalisiyasının rəhbəri Den Entoni isə məhkəmənin qərarını müsbət qiymətləndirib. Bununla yanaşı, o, qərardan apellyasiya verilən müddətdə rüsumların dayandırılmamasından narazılığını ifadə edib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən