Hörmüz boğazında gərginlik: Çinə məxsus tankerə hücum edildi
Çin İran, ABŞ və İsrail arasında davam edən gərginlik fonunda Hörmüz boğazı yaxınlığında Çinə məxsus tankerə edilən hücumdan ciddi narahatlığını ifadə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, hücuma məruz qalan gəmidə Çin vətəndaşları da olub. Bununla belə, heyət üzvləri arasında ölən və ya yaralananlarla bağlı hələlik rəsmi məlumat verilməyib.
Məlumata görə, bu həftənin əvvəlində Hörmüz boğazı yaxınlığında Çinə məxsus neft məhsulları tankerinə hücum olunub. Hadisə İran-ABŞ-İsrail gərginliyinin başlanmasından sonra Çin tankerinə qarşı qeydə alınan ilk hücum hesab edilir.
"Reuters" agentliyinin məlumatına görə, insident United Arab Emirates sahilləri yaxınlığında baş verib və hücum zamanı gəminin göyərtəsində yanğın başlayıb.
Dəniz təhlükəsizliyi üzrə mənbələr hücuma məruz qalan gəminin Marşal Adaları bayrağı altında üzən "JV Innovation" tankeri olduğunu açıqlayıblar.
Aminə ŞAHSUVARQIZI













