"Ukraynalılar nasizm üzərində qələbəyə böyük töhfə veriblər" - Zelenski

 12:13 08.05.2026     199

Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalıların nasizm üzərində qələbəyə mühüm töhfə verdiyini bildirib.

Redaktor.az xəbər verir ki, Zelenski bununla bağlı teleqram kanalında paylaşım edib.

Siyasətçi qeyd edib ki, 8 may Nasizm üzərində Qələbə və Anım Günüdür.

“Bu, bütün Avropanın XX əsrin ən dəhşətli müharibəsinin sonunu qeyd etdiyi gündür. Bu müharibədən sonra yalnız həqiqi sülh olmalı idi”, – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri milyonlarla ukraynalının “Anti-Hitler Koalisiyasının müxtəlif ordularının tərkibində” nasizmə qarşı döyüşdüyünü bildirib.

Onun sözlərinə görə, Ukrayna İkinci Dünya Müharibəsi zamanı ən ağır itkilərə məruz qalan ölkələrdən biri olub.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən