Hörmüz boğazında gəmi partlayışı: Cənubi Koreya araşdırmaya BAŞLADI

 13:47 08.05.2026     249

Cənubi Koreya Hörmüz boğazında baş verən və Koreya tərəfindən idarə olunan gəmidə qeydə alınmış partlayış və yanğınla bağlı araşdırmaya başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Cənubi Koreya Okeanlar və Balıqçılıq Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisənin hücum nəticəsində baş verib-vermədiyi hələ dəqiqləşdirilməyib və bu səbəbdən istintaq aparılır.

Gəmi operatoru HMM açıqlayıb ki, Cənubi Koreyadan göndərilən müstəntiqlər gəmi Dubay limanına yedəkləndikdən sonra gəmiyə daxil olublar.

Məlumata görə, HMM Namu bazar ertəsi günü Birləşmiş Ərəb Əmirlikləri sahilləri yaxınlığında lövbərdə olarkən mühərrik otağında partlayış və ardınca yanğın baş verib.

Şirkətin açıqlamasına əsasən, 24 ekipaj üzvünün hamısı – o cümlədən 6 Cənubi Koreya vətəndaşı – hadisədən zərər görməyib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən