Ana oğlunu şikayət etdi: Evdə siqaret çəksə, həbs olunacaq

 14:42 08.05.2026     166

İstanbulun Çəkməköy rayonunda anasının şikayəti əsasında məhkəməyə verilən gənclə bağlı diqqətçəkən qərar qəbul olunub.

Redaktor.az Türkiyə mediasına istinadla xəbər verir ki, Anadolu Ailə Məhkəməsi M.C.T adlı şəxsə 1 ay müddətində evdə, o cümlədən açıq sahələrdə siqaret çəkməyi qadağan edib.

Məlumata görə, Ş.T adlı ana məhkəməyə müraciət edərək oğlunun evdə davamlı narahatlıq yaratdığını, daim siqaret çəkdiyini və ailəyə maddi dəstək göstərmədiyini bildirib. O, ərizəsində oğlunun cəzalandırılmasını deyil, bir qədər evdən uzaqlaşmasını istədiyini qeyd edib.

Məhkəmə qərarında M.C.T-nin anasına qarşı təhdid, təhqir və alçaldıcı davranışlardan çəkinməsi də tələb olunub.

Qərara əsasən, gənc tətbiq olunan məhdudiyyətlərə əməl etməyəcəyi halda 3 gündən 10 günədək məcburi həbs cəzası ilə üzləşə bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən