Almaniyada banka basqın oldu - Girov götürülənlər var

 18:46 08.05.2026     222

Almaniyanın cənub-qərbindəki Reynland-Pfalts əyalətində yerləşən "Volksbank" filialına basqın olub. 

Redaktor.az "Bild" qəzetinə istinadən xəbər verir ki, insident nəticəsində bankda olan şəxslər girov götürülüb. 

Hadisə yerinə çox sayda hüquq-mühafizə orqanları və helikopterlər cəlb olunub. Hazırda polis genişmiqyaslı əməliyyat keçirir. 

Vumart və Güvən reklamı Vumart Güvən