Avropa Komissiyası Macarıstanla bağlı araşdırmanı TAMAMLADI
Avropa İttifaqı (Aİ) məlumatlarının Macarıstan vasitəsilə Rusiyaya sızması ehtimalı ilə bağlı aparılan araşdırma hər hansı ciddi təhlükəsizlik pozuntusu aşkar etməyib.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari bəyanat verib.
Diplomat bildirib ki, Komissiyanın müvafiq xidmətləri araşdırmanı tamamlayıb və mediada yer alan iddialarla bağlı ciddi bir təhlükəsizlik boşluğunun olmadığı qənaətinə gəlib.
Buna baxmayaraq, "Politico" qəzetinin yaydığı məlumata görə, rəsmi Budapeştin Rusiya ilə məlumat paylaşması şübhələri səbəbindən Aİ Macarıstana gedən konfidensial məlumat axınını məhdudlaşdırır. Hətta ittifaq ölkələrinin liderlərinin bu şübhələrə görə daha kiçik qruplar şəklində görüşdüyü qeyd olunur. Adı açıqlanmayan avropalı diplomatın sözlərinə görə, bu cür ittihamlar fonunda Aİ-nin sənədləri və məlumatları daha ciddi şəkildə məxfi saxlaması üçün kifayət qədər əsaslar mövcuddur.
Xədicə BAXIŞLI













