“Hörmüz boğazı sanksiyaya qoşulanlara bağlanır” - Tehrandan XƏBƏRDARLIQ

 10:01 10.05.2026     362

İran hakimiyyəti, ABŞ-nin İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiya siyasətini dəstəkləyən ölkələrin gəmiləri üçün Hörmüz boğazını bağlayacağını bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın hərbi sözçüsü Məhəmməd Əkrəminiya IRNA xəbər agentliyinə verdiyi müsahibədə məlumat verib.

Sözçünün sözlərinə görə, rəsmi Vaşinqtonun nümunəsini izləyərək İrana qarşı sanksiya tətbiq edən dövlətlər bundan sonra strateji əhəmiyyətli Hörmüz boğazından keçərkən ciddi çətinliklərlə üzləşəcəklər. O, bu addımın birbaşa cavab tədbiri olduğunu vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən