"Hücum olsa, hörmüz boğazı bağlanacaq" - SEPAH-dan dünyaya neft TƏHDİDİ

 11:56 10.05.2026     334

İran İslam Respublikasına hər hansı hərbi hücum ediləcəyi təqdirdə, Tehran strateji əhəmiyyətli Hörmüz boğazından neft daşınmasını tamamilə dayandıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə bazar günü Sepah Hərbi Dəniz Qüvvələrinin komandanı Səid Siyah-Sarani xəbərdarlıq edib.

Komandan vurğulayıb ki, bölgənin təhlükəsizliyi birbaşa İranın maraqlarından asılıdır və ölkəsinə qarşı yönələn təhdidlər qlobal enerji bazarına ciddi təsir göstərəcək.

Onun sözlərinə görə, Hörmüz boğazı yalnız dinc şəraitdə beynəlxalq neft ticarəti üçün açıq qalacaq; əks halda, İran bu mühüm su yolunu bağlamaq üçün bütün imkanlarını səfərbər edəcək.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən