Atəşkəs kağız üzərində qaldı: İsrail Livanda 70 hədəfi vurdu

 19:59 10.05.2026     410

İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti bəyan edib ki, son bir həftə ərzində İsrail qüvvələri Livanda Hizbullahın təxminən 70 hədəfini məhv edib və təşkilatın 30-dan çox üzvünü zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə ordunun yaydığı rəsmi məlumatda bildirilib.

Hərbçilər əlavə ediblər ki, siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq, İsrail mülki şəxslərinə və İMQ əsgərlərinə qarşı yönəlmiş təhdidləri aradan qaldırmaq üçün əməliyyatları davam etdirəcəklər.

Qeyd edək ki, rəsmi olaraq Livan və İsrail arasında atəşkəs qüvvədə olsa da, İsrail təyyarələri və artilleriyası Livan ərazisinə gündəlik zərbələr endirməkdədir. Hizbullah isə buna cavab olaraq sərhəd zonasında İsrail qoşunlarına hücumlar təşkil edir. İsrail tərəfi mütəmadi olaraq Hizbullahı atəşkəs rejimini pozmaqda ittiham edir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən