Trampdan Kuba anonsu: "Məsələni Marko Rubio həll edir"

 20:02 10.05.2026     281

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun administrasiyası Kuba məsələsini birdəfəlik həll etmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə o, “Full Measure” proqramına verdiyi müsahibədə Kuba ilə bağlı gələcək planlarını şərh edərkən məlumat verib.

Tramp Kubadakı mövcud vəziyyəti tənqid edərək bildirib ki, bu ölkə illərdir tənəzzül dövrünü yaşayır.

“Birini həll etməzdən əvvəl digərini həll edəcəyik”, - deyə o, ardıcıl islahatlar aparılacağına işarə edib.

Amerika rəhbərliyinin Kuba hakimiyyəti ilə birbaşa əlaqə saxlayıb-saxlamadığı barədə sualı cavablandıran Tramp, prosesin koordinasiyasını dövlət katibinə həvalə etdiyini vurğulayıb. O, qısa şəkildə "Marko Rubio bununla məşğuldur" deyə bildirib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən