Vaşinqton Tehrandan cavab gözləyir - “Nüvə proqramı Hörmüzdən daha vacibdir”

 21:16 10.05.2026     394

ABŞ-nin energetika naziri Kris Rayt bəyan edib ki, rəsmi Tehran hələlik Amerikanın münaqişənin sülh yolu ilə həlli təklifinə konkret cavab verməyib.

Redaktor.az xəbər verir ki, bu barədə nazir “NBC News” telekanalına verdiyi müsahibədə məlumat verib.

Raytın sözlərinə görə, İslam Respublikası ilə aparılan danışıqlar olduqca ləng irəliləyir.

O, həmçinin etiraf edib ki, Tehranla əldə oluna biləcək hər hansı müvəqqəti razılaşma İranın nüvə proqramı ilə bağlı bütün mövcud problemləri kökündən həll etməyəcək.

Nazir strateji prioritetlərə də toxunaraq vurğulayıb ki, Vaşinqton üçün İranın nüvə proqramı məsələsi Hörmüz boğazının gəmiçilik üçün açılmasından daha böyük önəm kəsb edir.

Maraqlıdır ki, nazirin bu açıqlamaları ilə paralel olaraq, bazar günü Qətərin “Əl-Cəzirə” telekanalı fərqli məlumat yayıb. Telekanalın iddiasına görə, Pakistan tərəfi artıq İranın Amerika təklifinə verdiyi cavabı ABŞ nümayəndələrinə çatdırıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən