Dəməşqdə partlayış oldu, yaralananlar var

 21:43 10.05.2026     335

Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Əl-Vurud məhəlləsində qeydə alınıb. Mikroavtobusun partladıldığı bildirilir.

Partlayış zamanı avtomobildə sürücü və ya sərnişin olmayıb.

Hadisə nəticəsində yaxınlıqda olan 5 mülki şəxs xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən