“Başqa çıxış yolu yoxdur” - ABŞ konqresmenindən İrana sərt MESAJ

 10:39 11.05.2026     361

ABŞ Nümayəndələr Palatasının üzvü Brayan Mast bildirib ki, İran artıq iqtisadi baxımdan “həyat təminatı” vəziyyətinə düşüb və Tehranın danışıqlar masasına gəlməkdən başqa seçimi qalmayıb.

Redaktor.az xəbər verir ki, respublikaçı siyasətçi bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri olan Mast ABŞ Prezidenti Donald Trampın İrana qarşı həyata keçirdiyi təzyiq siyasətini və Tehranın hərbi potensialına dəyən zərbələri xüsusi vurğulayıb.

“Biz onların raket sistemlərini, proksi proqramlarını, nüvə imkanlarını və dron proqramlarını alçaltmışıq”, - deyə o bildirib.

Mast əlavə edib ki, Vaşinqton İran rəhbərliyinə etibar etmir və bunun son onilliklər ərzində formalaşdığını qeyd edib.

“Biz onlara heç vaxt etibar edə bilmərik, çünki bu, son 47 ildə tamamilə aşınmış bir məsələdir”, - deyə konqresmen vurğulayıb.

Siyasi müşahidəçilər hesab edirlər ki, Vaşinqton və Tehran arasında qarşılıqlı sərt bəyanatlar regionda gərginliyin daha da artacağından xəbər verir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən