"Rusiya ilə strateji tərəfdaşlıq bütün sahələrdə gücləndiriləcək" - Çin
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qoo Ciakun bildirib ki, Pekin Rusiya ilə mehriban qonşuluq münasibətlərini möhkəmləndirməyə və strateji tərəfdaşlığı genişləndirməyə sadiqdir.
Redaktor.az xəbər verir ki, sözçü bu fikirləri brifinq zamanı Rusiya Prezidenti Vladimir Putinin 9 mayda verdiyi açıqlamaya münasibət bildirərkən səsləndirib.
Qoo Ciakun qeyd edib ki, Çin-Rusiya münasibətləri “əbədi mehriban qonşuluq, dostluq və hərtərəfli strateji tərəfdaşlıq” prinsiplərinə əsaslanır.
O əlavə edib ki, Pekin qarşılıqlı faydalı əməkdaşlığı bütün sahələrdə davamlı şəkildə gücləndirməyə və daha ədalətli qlobal idarəetmə sisteminin formalaşdırılmasına töhfə verməyə hazırdır.
Diplomatik müşahidəçilər hesab edirlər ki, Çin və Rusiya arasında artan yaxınlaşma beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi balans amili kimi qalır.
Aminə ŞAHSUVARQIZI













