Ukrayna Avropanı danışıqlar prosesində aktiv olmağa çağırdı
Ukrayna Avropanı Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların bərpasına dəstək verməyə çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Politico”ya müsahibəsində bildirib.
O qeyd edib ki, Avropanın sülh prosesində daha fəal roluna ehtiyac var. Sibiqa həmçinin vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu məsələni artıq Avropa liderləri ilə müzakirə edib.
Nazir əlavə edib ki, Ukrayna Avropadan ABŞ-ni əvəz etməyi deyil, bu prosesdə tamamlayıcı rol oynamağı gözləyir.
Aytəkin TOFİQQIZI













