“Əsas məqsədimiz davamlı sülhə nail olmaqdır” - İran hökuməti

 13:57 12.05.2026     256

İslam Respublikası hökumətinin sözçüsü​​​​​​​ Fatimə Mühacirani bildirib ki, İrannin əsas məqsədi regionda davamlı sülhə nail olmaqdır.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat İranın SNN tərəfindən yayımlanıb.

Sözçü qeyd edib ki, İran hazırda “dünyanın ən böyük hərbi gücü” ilə qarşıdurma şəraitində 40 gündür fəaliyyət göstərir və ölkə yüksək hazırlıq vəziyyətindədir.

O əlavə edib ki, Tehran eyni zamanda danışıqlar prosesinin gələcəyi ilə bağlı aydınlıq gözləyir və diplomatik həll variantlarını istisna etmir.

Mühacirani vurğulayıb: “Əsas məqsədimiz davamlı sülhə nail olmaqdır”.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən