Hörmüz boğazı təzyiq vasitəsinə çevrilməməlidir - Qətərdən İrana XƏBƏRDARLIQ

 15:00 12.05.2026     254

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani bildirib ki, İran Hörmüz boğazından region ölkələrinə qarşı təzyiq və ya şantaj vasitəsi kimi istifadə etməməlidir.

Redaktor.az xəbər verir ki, Qətərin baş naziri bu açıqlamanı Hakan Fidan ilə Dohada keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında səsləndirib.

Əl-Tani qeyd edib ki, gəmiçilik azadlığı və Hörmüz boğazındakı vəziyyətlə bağlı davam edən qarşıdurmalar regionda sabitliyə xidmət etmir.

Onun sözlərinə görə, Hörmüz boğazı beynəlxalq nəqliyyat dəhlizi olaraq daim qorunmalı və təhlükəsiz saxlanılmalıdır.

Qətər rəsmisi vurğulayıb ki, hazırda boğaz ətrafında yaşanan hadisələr gələcəkdə təkrarlanmamalıdır və belə addımların ciddi mənfi nəticələri ola bilər.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən