Neft ucuzlaşır, Avropa birjaları yüksəlir - ABŞ-İran danışıqları fonunda qarışıq bazar mənzərəsi
Neft qiymətləri eniş göstərsə də, ABŞ və İran arasında sülh danışıqlarının dalana dirənməsi fonunda Avropa birjalarında səhmlər yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, enerji bazarlarında neft qiymətlərində azalma müşahidə olunsa da, investorlar Vaşinqton və Tehran arasında nüvə danışıqlarında irəliləyişin olmamasını diqqətlə izləyirlər.
Məlumata əsasən, ABŞ və İran arasında gərginliyin davam etməsi enerji bazarlarında qeyri-müəyyənliyi artırsa da, Avropa fond bazarlarında əvvəlki sessiyada yaşanan kəskin enişdən sonra bərpa tendensiyası qeydə alınıb.
Aminə ŞAHSUVARQIZI













