ABŞ-də meşə yanğınları genişlənir: Corciyada 120 ev külə döndü, Florida da yanır
ABŞ-nin Corciya ştatında meşə yanğınları nəticəsində ən azı 120 ev məhv olub.
Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, Georgia ərazisində baş verən yanğınlar hazırda 20.000 hektardan çox sahəni əhatə edir.
Qonşu Florida ştatı da ciddi meşə yanğınları ilə üzləşib. Burada yanğınlar 48.500 hektardan çox ərazini əhatə edir. Florida üzrə hələlik yaşayış evlərinə ziyan dəyməsə də, yanğınsöndürmə əməliyyatları zamanı bir yanğınsöndürənin həlak olduğu bildirilir.
Ştat rəsmiləri quraqlıq və yüksək temperaturun yaratdığı bu yanğınları son on ilin ən dağıdıcı təbii fəlakətləri kimi qiymətləndirirlər.
Aminə ŞAHSUVARQIZI













