İranda internet kəsintisi 75 günü ÖTDÜ

 12:01 13.05.2026     235

Rəqəmsal hüquqların monitorinqi ilə məşğul olan "NetBlocks" İranda internet məhdudiyyətlərinin 75-ci günə çatdığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilat “X” sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, internet kəsintisi 1776 saatı ötüb və bu vəziyyət ölkədə rəqəmsal məkanın ciddi şəkildə məhdudlaşdırıldığını göstərir.

"NetBlocks" bildirib ki, mövcud məhdudiyyətlər müşahidə, korrupsiya və onlayn fırıldaqçılıqla bağlı narahatlıqları artırır.

Təşkilat həmçinin qeyd edib ki, hökumət tərəfindən dəstəklənən “peşəkar” internet sxemləri və seçmə ağ siyahı sistemi mənfəət əldə olunmasına və rəqəmsal təhlükəsizliyin zəifləməsinə səbəb ola bilər.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən