Lavrov Qərbi ittiham ETDİ
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrini suveren siyasət yürüdən dövlətlərə qarşı müharibə aparmaqda ittiham edib.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.
Məlumatına görə, Lavrov bildirib ki, Qərb milli maraqlarını qoruyan və müstəqil daxili-xarici siyasət həyata keçirən ölkələrə qarşı tammiqyaslı mübarizə aparır.
Diplomatın sözlərinə görə, bu siyasət həm də tarixin saxtalaşdırılmasına yönəlib.
Lavrov əlavə edib ki, Qərb ölkələri dəfələrlə beynəlxalq hüququ pozublar. O, buna misal olaraq İraq və Liviyaya qarşı əməliyyatları, həmçinin Venesuela və İranla bağlı hadisələri göstərib.
Aytəkin TOFİQQIZI













