Münaqişənin həlli ilə bağlı danışıqlar mürəkkəb olacaq - Peskov

 15:39 13.05.2026     371

Kremlin sözçüsü Dmitri Peskov Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların mürəkkəb olacağını bildirib.

Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Peskov qeyd edib ki, Ukrayna ilə bağlı tammiqyaslı danışıqlar atəşkəsdən sonra başlayacaq.

Onun sözlərinə görə, bu proses Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxacağı halda mümkün ola bilər.

Kreml rəsmisi vurğulayıb ki, atəşkəs əldə edildikdən sonra tərəflər danışıqlara başlaya bilərlər. Peskov əlavə edib ki, bu müzakirələr çoxsaylı vacib detalları əhatə edəcək və kifayət qədər çətin keçəcək.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən