“Müharibədən qazanc əldə edənlərə imkan verilməyəcək” - Pezeşkiandan sərt XƏBƏRDARLIQ

 16:21 13.05.2026     313

İran Prezidenti Məsud Pezeşkian hökumətin müharibə şəraitindən istifadə edərək insanların dolanışığına təzyiq göstərilməsinə imkan verməyəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, Pezeşkian bazar şərtləri və təchizat zəncirləri ilə bağlı keçirilən iclasda bildirib ki, bəzi şəxslərin müharibə vəziyyətindən istifadə edərək iqtisadi pozuntular yaratmasına və qanunsuz qazanc əldə etməsinə icazə verilməyəcək.

İran prezidenti qeyd edib ki, ölkənin düşmənlərinin əsas məqsədlərindən biri iqtisadiyyatı zəiflətmək və əhalinin həyat şəraitinə təzyiq göstərməkdir. O vurğulayıb ki, hakimiyyət həm istehsalçıların, həm də istehlakçıların maraqlarını qorumaq üçün təchizatın davamlılığını təmin etməlidir.

Pezeşkian həmçinin ehtiyat yığımının və nəzarətsiz qiymət artımlarının qarşısının alınması üçün təchizat və paylama zəncirlərinə daha sərt nəzarətin vacibliyini qeyd edib. O əlavə edib ki, qonşu ölkələrlə ixrac və ticarət əlaqələrinin genişləndirilməsi iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən