Slovakiya ilə Ukrayna arasındakı sərhəd məntəqələri AÇILDI

 21:44 13.05.2026     421

Slovakiya ilə Ukrayna arasındakı sərhəd-keçid məntəqələri təxminən iki saatdan sonra açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Markiza" telekanalı məlumat yayıb.

Hazırda keçid məntəqələri ştat rejimində fəaliyyət göstərir. Heç bir insident qeydə alınmayıb. Telekanalın məlumatına görə, onlar müvəqqəti olaraq Ukrayna tərəfindən bağlanıb. Məntəqələrin bağlanması barədə günorta saatlarında Avropa ölkəsinin Maliyyə İdarəsi məlumat vermişdi.

Aprelin sonunda Slovakiya, Ukrayna tərəfindən bir neçə aylıq faktiki "blokadadan" sonra ilk tədarükləri alaraq, "Drujba" neft kəməri vasitəsilə Rusiya neftinin qəbulunu bərpa edib. Bu fonda Aİ iki mühüm qərarı razılaşdırıb: Ukrayna üçün 90 milyard avro məbləğində kredit və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin təsdiqi. Əvvəllər bu təşəbbüslər "Drujba"nın fəaliyyətinin dayandırılması səbəbindən Macarıstan və Slovakiya tərəfindən bloklanmışdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən