Tramp və Si Cinpin arasında Hörmüz boğazı ilə bağlı razılaşma OLDU

 13:10 14.05.2026     250

Ağ Evdən ABŞ və Çin liderləri ilə bağlı diqqətçəkən açıqlama verilib.

Redaktor.az xəbər verir ki, yayılan məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında Hörmüz boğazı ilə bağlı razılaşma əldə edildiyi bildirilir.

Açıqlamaya görə, tərəflər cümə axşamı günü enerji resurslarının sərbəst axını üçün Hörmüz boğazının açıq qalması məsələsində ortaq mövqeyə gəliblər.

Məlumatda qeyd olunur ki, razılaşmanın məqsədi qlobal enerji təhlükəsizliyinin təmin olunması və ticarət axınlarının sabit saxlanılmasıdır.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən