"ABŞ-nin NATO-dan çıxması Vaşinqtonun maraqlarına cavab vermir"

 22:19 14.05.2026     514

ABŞ-nin NATO-dan mümkün çıxışı Vaşinqtonun maraqlarına uyğun olmadığını bildirib.

Redaktor.az xəbər verir ki, Almaniyanın keçmiş kantsleri Angela Merkel "Focus" nəşrinə verdiyi müsahibədə bu haqda danışıb.

"Bu, Avropanın maraqlarına uyğun deyil və mən tam əminəm ki, Amerikanın da maraqlarına cavab vermir", — deyə siyasətçi qeyd edib.

Onun sözlərinə görə, müasir qlobal çağırışlar şəraitində dünyada heç bir dövlət onların öhdəsindən təkbaşına gəlmək iqtidarında deyil. Merkel bu cür çağırışlardan biri kimi Çinin siyasi ambisiyalarını nümunə gətirib.

Eks-kantsler vurğulayıb ki, hətta ABŞ kimi böyük və güclü bir ölkənin belə dünyada bir neçə dostu olmalı və bunda maraqlı qalmalıdır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən