Tramp Si Cinpinlə münasibətlərdən danışdı: “Çox güclüdür”

 09:38 15.05.2026     271

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin ilə münasibətlərini “çox güclü” adlandırıb.

Redaktor.az xəbər verir ki, Tramp Pekində Si Cinpinlə görüşü zamanı iki ölkə lideri arasında uzun illərə dayanan münasibətlərdən danışıb.

“O, mənim çox hörmət etdiyim bir insandır. Artıq 11 ildir ki, bir-birimizi tanıyırıq, təxminən 12 ildir. Bu, uzun müddətdir və biz başqalarının həll edə bilməyəcəyi bir çox fərqli problemləri həll etmişik və münasibətlər çox güclüdür”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp həmçinin Çin liderinin sentyabr ayında ABŞ-yə səfər edəcəyinə ümid etdiyini bir daha vurğulayıb.

Məlumata görə, tərəflər görüş zamanı ABŞ-Çin münasibətləri, iqtisadi əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən