“Si Cinpin Ağ Evin Gül Bağçası üçün mənə gül toxumları göndərəcək” - Tramp

 11:00 15.05.2026     285

Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampa Ağ Evin bağçası üçün gül toxumları əkməyi vəd edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ABŞ lideri Donald Tramp özü "Sky News"a açıqlayıb.

Tramp bildirib ki, bu xahişi Çinin hökumət kompleksi olan Çjonnanhay bağlarında gəzinti zamanı edib.

“Bunlar indiyə qədər gördüyüm ən gözəl güllərdir. Sədrə soruşdum: "Mənə Ağ Evin Gül Bağçası üçün bir neçəsini göndərə bilərsinizmi"’ və o, razılaşdı. Mən heç vaxt bu qədər gözəl gül görməmişəm", – deyə Tramp qeyd edib.

Məlumata görə, Çinin dövlət başçısı Si Cinpin ilə Trampın görüşləri zamanı şəxsi və diplomatik mövzular da müzakirə olunub. Ağ Evin Gül Bağçası üçün nəzərdə tutulan bu jestin iki ölkə arasında münasibətlərin yumşaldılması kimi qiymətləndirildiyi bildirilir.

Qeyd edək ki, Trampın Çinə dövlət səfəri 13 mayda başlayıb və bu, onun 2017-ci ildə prezidentlik müddətinin bitməsindən sonra təxminən doqquz il ərzində ilk səfəridir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən