Mers öz övladlarını ABŞ-də işləmək fikrindən DAŞINDIRACAQ

 22:06 15.05.2026     314

Almaniya kantsleri Fridrix Mers öz övladlarını ABŞ-də işləmək və ya təhsil almaq fikrindən daşındıracağını bəyan edib.

Redaktor.az bu haqda "The Guardian" nəşrinə istinadla məlumat verir.

"Mən bu gün övladlarıma ABŞ-yə getməyi, orada təhsil almağı və ya işləməyi məsləhət görməzdim, çünki orada qəfildən müəyyən bir sosial iqlim formalaşıb", — deyə Mers vurğulayıb.

Siyasətçi özünü Birləşmiş Ştatların böyük pərəstişkarı adlandırıb. Bununla belə, o qeyd edib ki, hazırda qütbləşmiş ölkədə sosial mühit sürətlə dəyişməkdədir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən