İsrail İrana qarşı hərbi əməliyyatların bərpasına hazırlaşır

 22:57 15.05.2026     407

İsrail İrana qarşı hərbi əməliyyatların bərpasına hazırlaşır.

Redaktor.az bu haqda "Channel 12" telekanalına istinadla məlumat verir.

"Biz bir neçə gündən bir neçə həftəyə qədər davam edəcək hərbi əməliyyatların bərpasına hazırlaşırıq və ABŞ Prezidenti Trampın yekun qərarını gözləyirik", - deyə telekanalın mənbəsi bildirib.

Onun sözlərinə görə, "daha ətraflı məlumat 24 saat ərzində məlum olacaq".

Bir neçə gün əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu İranla müharibənin "hələ bitmədiyini" bəyan etmişdi, çünki "İrandan çıxarılmalı olan nüvə materialları, zənginləşdirilmiş uran hələ də qalmaqdadır". O, həmçinin Tehranın ballistik raketlər istehsal etmək cəhdlərini də qeyd edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən