Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə ETDİ

 18:03 16.05.2026     192

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Hava Hücumundan Müdafiə (HHM) sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.

"Fransa raket hücumundan müdafiə sahəsində işləməyə hazırdır. Biz həmçinin Rusiyanın hücumlarının dəf edilməsi üzrə imkanlarımızın gücləndirilməsini müzakirə etdik. Hava Hücumundan Müdafiəmizi gücləndirməyə hazırlığınıza görə təşəkkür edirəm", - o qeyd edib.

V.Zelenski həmçinin Fransa lideri ilə Ukraynanın avrointeqrasiyası və yaxın vaxtlarda bütün danışıqlar klasterlərinin açılması məsələlərini müzakirə edib.

Vumart və Güvən reklamı Vumart Güvən