Hakan Fidan almaniyalı həmkarı ilə Türkiyə-Avropa İttifaqı əlaqələrini müzakirə edəcək

 23:08 17.05.2026     184

Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Yohann Vadefulun dəvəti ilə Almaniyaya rəsmi səfər edəcək.

Redaktor.az xəbər verir ki, səfər Türkiyə-Almaniya Strateji Dialoq Mexanizminin 3-cü iclası çərçivəsində baş tutacaq.

İclasda ikitərəfli münasibətlər, Türkiyə-Avropa İttifaqı əlaqələri, təhlükəsizlik və müdafiə ilə yanaşı regional məsələlər müzakirə olunacaq.

Səfər zamanı işçi qruplarının birgə iclasının keçirilməsi də nəzərdə tutulub.

Vumart və Güvən reklamı Vumart Güvən