"Hörmüz boğazı məhdudiyyətsiz açılmalıdır" - Merzdən İrana sərt çağırış
Almaniya kansleri Fridrix Merz İranın Hörmüz boğazını heç bir məhdudiyyət olmadan açmalı olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Merz X sosial şəbəkəsində paylaşımında qeyd edib ki, İran ABŞ ilə ciddi danışıqlara başlamalı, qonşularını təhdid etməyi dayandırmalı və Hörmüz boğazını məhdudiyyətsiz açmalıdır.
O, həmçinin İranın Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə qarşı yenilənmiş hava hücumlarını pisləyib, nüvə obyektlərinə hücumların bölgədəki insanları təhlükə altına atdığını bildirib.
Merz vurğulayıb ki, zorakılığın daha da artmasına yol verilməməlidir.
Aminə ŞAHSUVARQIZI













