Moskva ilə Pekin arasında münasibətlər yüksək səviyyəyə çatıb - Putin

 09:04 20.05.2026     270

Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cipin arasında keçirilən görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

Redaktor.az "BBC News"ə istinadla xəbər verir ki, Putin görüş zamanı Si Cinpinə yenidən “əziz dostum” deyə müraciət edib.

Rusiya lideri çıxışı zamanı Çin dilində işlədilən məşhur bir ifadəni də xatırladıb. O bildirib ki, “Bir gün görüşməsək belə, sanki üç payız keçib” ifadəsi mühüm hadisəni və ya uzun gözləntini təsvir etmək üçün istifadə olunur.

Putin həmçinin qeyd edib ki, Moskva ilə Pekin arasında münasibətlər hazırda “görünməmiş dərəcədə yüksək səviyyəyə” çatıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən