Putin Si Cinpinlə məhdud tərkibdə danışıqları qiymətləndirdi
Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Xi Jinping ilə keçirdiyi danışıqları dostluq və məzmunlu formatda dəyərləndirib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Putin görüş zamanı ikitərəfli əməkdaşlığın vacib istiqamətləri üzrə məhdud tərkibdə ətraflı müzakirələrin aparıldığını bildirib.
“Ənənəvi dostluq və etimada əsaslanan şəraitdə ikitərəfli əməkdaşlığın mühüm məsələləri ilə bağlı məzmunlu danışıqlar keçirdik”, - deyə Rusiya prezidenti vurğulayıb.
Putin əlavə edib ki, bundan sonra tərəflər daha geniş tərkibdə görüşlərini davam etdirəcəklər.
NURİYYƏ













