"İran Amerikaya təslim olmayacaq" - Zərif

 18:46 20.05.2026     211

“İranın ABŞ-nin zəmanətinə ehtiyacı yoxdur”.

Redaktor.az xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Vədləri və müqavilələri pozanlardan zəmanət almağa ehtiyacımız yoxdur. Xalqımız və Silahlı Qüvvələrimiz bizim üçün ən böyük zəmanətdir. Gələcək fürsətlərlə doludur. İran üçün təhdidlər var, amma təhdid yaradanlar başa düşdülər ki, bu insanları təhdid, zorakılıq və məcburiyyət yolu ilə təslim edə bilməzlər”, - o bildirib.

İranın keçmiş ali rəhbəri Əli Xameneinin sözlərini təkrarlayan Zərif əlavə edib: “Göz yummaq dövrü bitdi”.

Vumart və Güvən reklamı Vumart Güvən