İranda iki nəfər edam edildi

 11:27 21.05.2026     177

İranda iki nəfər edam olunub.

Redaktor.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Edam edilən şəxslər “ölkənin təhlükəsizliyinə xələl gətirən qrup yaratmaq və terror təşkilatına üzv olmaq”da ittiham olunublar.

Məlumata görə, Ramin Zaleh və Kərim Maroufpour edam edilən şəxslərdir.

Hadisə ilə bağlı əlavə detallara dair rəsmi qurumlar tərəfindən geniş məlumat verilməyib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən