Bu halda istefa verəcəyəm - Paşinyan

 20:04 23.05.2026     253

Ermənistan Baş naziri Nikol Paşinyan seçicilərin onu istəməyəcəyi təqdirdə vəzifəsindən gedəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə erməni medası məlumat yayıb.

“Əgər 700 min nəfər – yəni seçicilərin 50 faizindən çoxu “Nikol, qal” desə, qalacağam. Yox, get desə, kiməm ki, getməyim? Nikol xalqın xidmətçisidir”, - Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistan parlamentinə seçkilər 7 iyunda keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən