"İranla nüvə razılaşması salfetin arxasında 72 saata əldə edilə bilməz" - Rubio
ABŞ-nin dövlət katibi Marko Rubio İranla nüvə proqramına dair hərtərəfli razılaşmanın qısa müddətdə və tələskənliklə əldə edilməsinin qeyri-mümkün olduğunu bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə dövlət katibi "New York Times" qəzetinə verdiyi müsahibəsində bildirib.
Məlumata görə, M.Rubio Vaşinqtonun bu məsələni arxa plana keçirmədiyini, lakin nüvə danışıqlarının olduqca mürəkkəb və texniki xarakter daşıdığını vurğulayıb. O, "Biz bunu sonraya qədər təxirə salmayacağıq. Lakin nüvə mövzusunu salfetin arxasında, 72 saat ərzində həll edə bilməzsiniz" deyərək prosesin xüsusi diqqət tələb etdiyini diqqətə çatdırıb.
Şuranın bəyanatlarına uyğun olaraq qeyd olunub ki, ABŞ-nin hazırkı diplomatik yanaşması və danışıqlar strategiyası region tərəfdaşları tərəfindən də ciddi şəkildə dəstəklənir. Dövlət katibinin sözlərinə görə, Yaxın Şərqdə yerləşən "yeddi və ya səkkiz ölkə" Vaşinqtonun bu prosesdəki mövqeyi ilə həmraydır və ABŞ bu xətt üzrə irəliləməyə tam hazırdır.
Aminə ŞAHSUVARQIZI













