Rubio Ermənistanda səfərdədir

 15:56 26.05.2026     184

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir.

Redaktor.az-ın xəbərinə görə, Rubionun təyyarəsi İrəvanda "Zvarnots" aeroportuna eniş edib.

Rubionu hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qarşılayıb.

Qeyd edək ki, bu gün Marko Rubio və Ararat Mirzoyan arasında görüş keçiriləcək, bundan sonra tərəflər mətbuata açıqlama verəcəklər.

Eyni zamanda, ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən