Bizi qorxutmaq mümkün deyil! - Almaniyadan Rusiyaya

 22:09 26.05.2026     218

Rusiyanın Almaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.

Bildirilib ki, buna səbəb Rusiya Xarici İşlər Nazirliyinin Kiyevdəki xarici səfirliklərin təxliyə edilməsi çağırışı olub:

“Bu gün biz Rusiya səfirini XİN-ə çağırdıq. Rusiya tərəfinə açıq şəkildə bildirdik ki, bizi təhdidlərlə qorxutmaq mümkün deyil və Ukraynaya qətiyyətli dəstəyimizi davam etdirəcəyik”.

Vumart və Güvən reklamı Vumart Güvən