Bu əraziləri onlar üçün qəbiristanlığa çevirəcəyik - SEPAH-dan XƏBƏRDARLIQ

 15:42 27.05.2026     261

Düşmənin zəifliyi səbəbindən təkrar müharibə ehtimalı aşağıdır. Lakin silahlı qüvvələr tam döyüş hazırlığında gözləyir.

Redaktor.az xəbər verir ki, bunu SEPAH Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə rəis müavini Məhəmməd Əkbərzadə deyib.

“Şübhə etməyin ki, Çabahardan Mahşəhrə qədər olan ərazini təcavüzkarlar üçün qəbiristanlığa çevirəcəyik”, - o bildirib.

Qeyd edək ki, Əkbərzadə bununla İranın uzun cənub sahil xəttinin iki ucunda yerləşən bölgələri nəzərdə tutub.

Vumart və Güvən reklamı Vumart Güvən