Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmayacaq - Paşinyan

 13:37 28.05.2026     227

Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

“Biz nəinki Aİİ-dən çıxmayacağıq, həm də Ermənistanın iqtisadi maraqlarını qorumaq üçün öz rıçaqlarımızdan istifadə edəcəyik”, - o qeyd edib.

Eyni zamanda, o bildirib ki, Axalkalaki–Qars dəmir yolu Ermənistan vasitəsilə ixrac üçün açılıb və yaxın vaxtlarda həmin dəmir yolu boyunca potensial bazarların araşdırılması məqsədilə biznes nümayəndə heyətlərinin görüşləri keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən