Pentaqondan Avropanı sarsıdacaq addım: ABŞ qoşunları qismən geri çəkilir

 14:50 31.05.2026     322

Pentaqon iyun ayında NATO-nun Brüsseldəki qərargahında ABŞ qüvvələrinin Avropadakı müdafiə sistemindən qismən çıxarılması ilə bağlı konkret planları təqdim etməyi planlaşdırır.

Redaktor.as xəbər verir ki, bu barədə Almaniyanın “Welt am Sonntag” qəzeti ABŞ Müdafiə Nazirliyindəki yüksəkvəzifəli mənbəyə istinadən yazıb. 

“Bu dəyişikliklər NATO-nun növbəti qüvvələrin formalaşdırılması konfransında qoşunlar və hərbi imkanlarla bağlı təklifimizə daxil ediləcək”, - deyə Pentaqon nümayəndəsi bildirib. Növbəti belə konfransın iyunda keçiriləcəyi qeyd olunur.

Vumart və Güvən reklamı Vumart Güvən