BMT-nin avqustda pulu tamamilə bitə bilər - Quttereşdən XƏBƏRDARLIQ

 21:48 31.05.2026     276

BMT "maliyyə çöküşü" və iflas təhlükəsi ilə üzləşib. ABŞ və Çinin beynəlxalq təşkilatın işi ilə bağlı fikir ayrılıqlarına görə üzvlük haqlarını ödəməkdən imtina etməsi qurumu çətin vəziyyətə salıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Mənbə qeyd edir ki, BMT-nin baş katibi Antonio Quterreş öz çıxışlarında təşkilatın sürətlə iflasa yaxınlaşdığı barədə xəbərdarlıq edərək, maliyyə çöküşünün real perspektivlərini vurğulayıb. Hazırkı büdcə trayektoriyasına əsasən, təşkilatın əlindəki mövcud vəsaitlərin 2026-cı ilin avqust ayının ortalarına qədər tamamilə tükənəcəyi proqnozlaşdırılır.

Qeyd olunur ki, hazırda bəzi ölkələrin ianələri gecikdirməsi və ya ödəməməsi səbəbindən BMT ciddi büdcə kəsiri ilə mübarizə aparır. Təkcə ABŞ-nin təşkilata 4 milyard dollardan çox borcu yaranıb. Bu kəskin maliyyə qıtlığı beynəlxalq qurumu xərcləri ciddi şəkildə azaltmağa məcbur edir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən